İngiltərəİspaniya

İspaniyada gizli görüş olub: Nələr müzakirə edilib?

Mətbuat “Liverpul”un artıq Arne Slotu başqa bir məşqçi ilə əvəz etmək qərarına gəldiyini yazır.

Aut.az xəbər verir ki, bu yaxınlarda “Real”dan ayrılan Xabi Alonso bu yay Mersisayd klubuna rəhbərlik edə bilər.

“Indykaila News”un məlumatına görə, “Liverpul” cümə günü Alonso ilə bağlı danışıqlar aparıb. Xəbərdə deyilir ki, “Liverpul” İspaniyada gizli bir məkanda Xabi Alonsonun nümayəndələri ilə görüş keçirib.

Mənbənin məlumatına görə, tərəflər Alonsonun taktiki baxışları və yay transfer hədəfləri ilə bağlı detalları müzakirə ediblər. Miki van de Ven, Adam Uorton, Bredli Barkola və Maykl Olise kimi oyunçularla maraqlanılıb. “Liverpul” hazırda Premyer Liqada turnir cədvəlində altıncı yerdədir.

Aut.az