Raul mütləq “Real”a qayıdacaq: Bu posta
“Real Madrid”in keçmiş hücumçusu, əvvəllər “kral klubu”nun gənclər komandasının baş məşqçisi olmuş Raul Qonsales gələcəkdə Madrid klubuna qayıtmağa hazır olduğunu bildirib.
Aut.az xəbər verir ki, “Madrid Universal” Rauldan sitat gətirib: “Mən olmaq istədiyim klubda, evimin olduğu yerdə idim və bilirəm ki, vaxtı gələndə ora qayıdacağam, amma başqa vaxt”.
48 yaşlı Raul 2025-ci ildə “Real”ın gənclər komandasını tərk edib. Hazırda 48 yaşlı mütəxəssis işsizdir. “Real”ın birinci komandasına Xabi Alonso başçılıq edir.
Aut.az
