Dünya futboluİspaniya

Anası açıqladı: Mbappe özünü portuqaliyalı hesab edirmiş

Kilian Mbappenin anası Fayza Lamari Kilianın uşaqlığı və kumirləri haqqında danışıb.

Aut.az xəbər verir ki, anası Kilianın yeniyetməlik illərindən danışaraq, oğlunun portuqaliyalı super ulduza nə qədər heyran olduğunu izah edib:

“Hər şey dörd yaşında olanda Zidanla başladı. Sonra “Mançester Yunayted” və daha sonra “Real”a keçəndə CR7 gəldi. Robinyo, Ronaldinyo da var idi…

Kilian Kriştianoya olan sevgisinə görə özünü ürəkdən Portuqaliyalı hesab edirdi. O, Portuqaliyanın matçlarını izləmək üçün dostunun evinə gedir və Ronaldoya azarkeşlik edirdi. (gülür). O, aşiq idi. “Mən portuqaliyalıyam” deyərdi”.

Aut.az

Anası açıqladı: Mbappe özünü portuqaliyalı hesab edirmiş