Zidan “Fənərbağça”nın üzünə də baxmadı
“Mundo Deportivo” Zinəddin Zidanın “Fənərbağça”ya baş məşqçi təyin olunacağı ilə bağlı yayılan son şayiələri təkzib edib.
Aut.az xəbər verir ki, mənbənin sözlərinə görə, fransalı çalışdırıcı Türkiyə klubu ilə bağlı variantı nəzərdən keçirmir.
“Real Madrid”in keçmiş baş məşqçisinin hazırda Didye Deşamın rəhbərlik etdiyi Fransa millisinə təyinat üçün hazırlaşdığı bildirilir. Son aylarda Zidan Fransa Futbol Federasiyasının və millinin işini təhlil edir.
Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. Bu müddət ərzində “kral klubu” onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi olub, iki dəfə İspaniya çempionu olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.
Aut.az
