Elə bilirdim ki, 2025-ci ildə belə şeylər olmaz: Mbappe nəyi deyir?
Fransa millisinin hücumçusu Kilian Mbappe irqçilik problemi haqda danışıb.
Aut.az xəbər verir ki, RTL Mbappenin sözlərindən sitat gətirib:
“Bu, həqiqətən də məyusedicidir. İşlər dəyişənə və səlahiyyətlilər lazımi addımı atana qədər, məncə, biz, nüfuzlu oyunçular, bu barədə danışmağa davam etməliyik.
Baxmayaraq ki, bu, heç danışmamalı olduğumuz bir şeydir… Çünki düşünürdüm ki, 2025-ci ildə belə şeylərdən azad ola bilərik. Amma bu, hələ də baş verir və bizim bu cür davranışa qarşı mübarizə aparmaq üçün hər zaman gücümüz olacaq”.
Aut.az
