Cüdo

Azərbaycan millisi Braziliyada beynəlxalq toplanışa qatıldı

Azərbaycanın kişilərdən ibarət cüdo yığması Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. 

Aut.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Toplanışa Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədovla Robert Kravçik rəhbərlik edirlər.

İki həftə davam edəcək toplanış milli komandamızın V İslam Həmrəyliyi Oyunlarına hazırlığının vacib mərhələsidir.