Çempion ona təklif hazırlayıb
MLS-in hazırkı çempionu “Los Anceles” ispan müdafiəçi Serxio Ramos üçün təklif hazırlayır.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Ramos 2022/23 mövsümünün sonunda PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alıb.
Daha əvvəl iddia edilirdi ki, Ramosla “İnter Mayami” maraqlanır. Mayami klubu Lionel Messi, Serxio Buskets və Jordi Albanı transfer edib.
