İspaniya

“Real”ın yeni hədəfi müəyyənləşdi: Onu nə vaxt transfer edəcəklər?

2026-cı ildə “Real” “Ştutqart”ın yarımmüdafiəçisi Anqelo Ştilleri transfer edə bilər.

Aut.az xəbər verir ki, 24 yaşlı futbolçu bu yay Almaniya klubunu tərk etməyi planlaşdırmasa da, gələcəkdə komandasını dəyişmək fikrinə qarşı deyil. Bu barədə insayder Fabrisio Romanoya istinadla məlumat yayıb.

Qeyd olunur ki, “Mançester Yunayted” də Ştillerə maraq göstərib. Lakin tərəflər danışıqlar aparmayıb.

Ötən mövsümdə Ştiller bütün yarışlarda 47 oyuna çıxıb, 4 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun mövcud müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt”a görə, futbolçunun bazar qiyməti 45 milyon avrodur.