“Beşiktaş” “Arsenal”a təklif göndərdi: 19 milyon avro
“Arsenal”ın vingeri Leandro Trossar karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
“Beşiktaş” London klubuna belçikalı futbolçunun transferi üçün təklif göndərib. Mənbənin iddiasına əsasən, Türkiyə klubu oyunçunun keçidi üçün “topçular”a 19 milyon funt sterlinq ödəməyə hazırdır.
“Arsenal”dan futbolçu ilə bağlı cavabın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Xatırladaq ki, Trossar bu yay “Arsenal”la yeni müqavilə imzalayıb. Onun hazırkı sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Aut.az
