Türkiyənin iki klubu istəyir: “Yuve”nin ulduzunu
“Yuventus”un polşalı hücumçusu Arkadiuş Milik karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə Mirko Di Natale məlumat yayıb.
Onun sözlərinə görə, 31 yaşlı polşalı ilə Türkiyənin iki klubu – “Trazbonspor” və “Samsunspor” maraqlanır. Türkiyə çempionatında transfer pəncərəsi sentyabrın 12-dək açıqdır.
Milik 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Ötən mövsüm o, komandanın heç bir rəsmi oyununda iştirak etməyib. Buna baxmayaraq, aprelin sonunda Turin klubu hücumçu ilə müqaviləni 2027-ci ilin yayına kimi uzadıb. Hazırda Milikin transfer dəyəri 2 milyon avro qiymətləndirilir.
Aut.az
