İtaliya

Məşhur modelyer öldü, “Milan” başsağlığı verdi

 “Milan” dünyanın ən məşhur modelyerlərindən biri Corco  Armaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Aut.az xəbər verir ki, italiyalı modelyer və sahibkar, “Arman” şirkətinin yaradıcısı 91 yaşında vəfat edib.

“Bütün “Milan” futbol klubu dünya üslub və zəriflik ikonası, Milanın simvolu olan Armaninin vəfatı ilə əlaqədar kədərlənir. Ailəsinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – bəyanatda deyilir.

Aut.az