İlk təklif hazırdı
Milan “İnter”i “Bavariya”nın və İsveçrə millisinin 34 yaşlı qapıçısı Yan Sommerin transferi üçün ilk təklifi hazırlayıb.
Aut.az xəbər verir ki, jurnalist Fabritsio Romanonun verdiyi məlumata görə, “neradzurra” komandanın qapıçısı Andre Onanın “Mançester Yunayted”ə transferi rəsmiləşdikdən sonra bu təklifi Almaniya klubuna göndərəcək.
6 milyon avroya bərabər qiymət ətrafında danışıqların aparılacağı gözlənilir.”İnter” həmçinin “Şaxtyor”dan 21 yaşlı ukraynalı qapıçı Anatoli Trubini də almağı planlaşdırır.
Aut.az
