Lin də karyerasını bitirdi
NBA-nın keçmiş oyunçusu Ceremi Lin öz pərəstişkarlarına peşəkar karyerasını bitirmək qərarı barədə məlumat verib.
Aut.az xəbər verir ki, bu barədə Tayvan əsilli 37 yaşlı amerikalı sosial şəbəkədə məlumat verib .
Lin, peşəkar basketbolla vidalaşmaq üçün verdiyi çətin qərardan danışdığı video yayımlayıb.
NBA-da doqquz mövsüm ərzində Ceremi Lin 480 adi mövsüm oyununda orta hesabla 11,6 xal, 2,8 ribaund və 4,3 asistlə oynayıb.
Aut.az
