Basketbol

Klub ulduz oyunçusunu cəzalandırdı

“Mempis” komandasının ulduzu Ca Morant komanda üçün zərərli davranışına görə bir oyundan kənarlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə insayder Şems Çarania məlumat yayıb.

Məlumata görə, mütəxəssislər İnzibati Kubok çərçivəsində “Leykers”lə oyunda Morantın passiv çıxışını qeyd ediblər.

Matçdan sonra 31 dəqiqədə 8 xal toplayan Morant jurnalistlərin suallarını əsəbi şəkildə məşqçilər heyətinə yönləndirib:

“Onların dediklərinə baxanda, yəqin ki, məni oynatmağa dəyməzmiş”, – deyə basketbolçu bildirib.

Klub intizam və davranış problemləri ilə tanınan oyunçunu komandaya zərər verən davranışa görə bir oyunluq cəzalandırılıb. Bildirilir ki, oyundan sonra baş məşqçi Tuomas İsalo oyunçunun liderlik keyfiyyətlərini və səylərini sual altına alıb, Morant isə buna yğun olmayan tonda cavab verib.

Aut.az