Dünya cempionatı

DÇ-2026 öncəsi narazılıq: Maliyyə çatışmır

ABŞ-dakı futbol üzrə 2026-cı il dünya çempionatının ev sahibliyi edəcək şəhərləri maliyyə çatışmazlığından şikayətlənirlər.

Aut.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, FIFA yerli təşkilatçıların maliyyə toplama imkanlarını məhdudlaşdırır. Ən azı iki yerli təşkilatçı komitəsi FIFA-dan dəstək çatışmazlığından narazılıq edib.

Qeyd olunur ki, bəzi şəhərlərdə artıq azarkeşlər üçün fan-zonaların təşkili ləğv olunur.

Dünya çempionatı 15 iyun – 13 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək və bu, 48 komandanın iştirak edəcəyi ilk turnir olacaq.

Aut.az