Holland qapıçı: “Messinin qarşısında şlyapamı çıxarıram”
Hollandiya millisinin qapıçısı Andris Noppert DÇ-2022-nin 1/4 finalında Argentina millisi ilə oyunda (2:2, penalti seriyasında 3:4) məğlubiyyəti şərh edib.
Aut.az xəbər verir ki, Andris NOS.nl-ə açıqlamasında Argentina yığmasının lideri Messi haqda da danışıb:
“Qürur duyuram? Yox. Sadəcə bu hissləri yaşaya bildiyim üçün minnətdaram. Məşqçiyə, milli komandaya və Hollandiyaya minnətdaram. Penaltilər seriyasına gəlincə, məncə, bu haqda saatlarla danışa bilərik, amma sonda bu, sadəcə, lotereyadır. Əlbəttə, başa düşürəm ki, qapıçı buna bir az təsir edə bilər.
Amma məsələn, Messini götürək… O, uzun müddət sənin künc seçməyini gözləyir, sonra ya yerində durub topun qapıya doğru uçmasına baxırsan, ya da başqa küncə tullanırsan. Bu, sadəcə bacarıqdır, ona görə də Messinin qarşısında şlyapamı çıxarıram”.
Aut.az
