Cəmi iki oyun keçirdi: Ten Haq qovuldu
Erik ten Haq “Bayer Leverkuzen”in baş məşqçisi vəzifəsindən qovulub.
Aut.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabritsio Romano məlumat verib.
Bildirilir ki, ten Haqın qovulması ilə bağlı qərarı Almaniya klubunun rəhbərliyi bu gün səhər verib.
55 yaşlı niderlandlı mütəxəssis ötən yay “Real”a yollanan Xabi Alonsonu əvəzləyərək “Bayer”ə rəhbərlik edib.
“Mançester Yunayted”in sabiq çalışdırıcısının rəhbərliyi altında Leverkuzenlilər Bundesliqada cəmi iki oyun keçirib: “Hoffenhaym”a uduzub (1:2), “Verder”lə heç-heçə edib (3:3).
Aut.az
