“Qalatasaray”dan PSJ-yə qeyri-adi təklif: Donnarummaya görə
“Qalatasaray” klubu PSJ-yə qapıçı Canluici Donnarummanın transferi ilə bağlı qeyri-adi təklif irəli sürüb.
Aut.az xəbər verir ki, bu barədə insayder Rudi Qaletti məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqların predmeti alış-verişin qeyri-adi formasıdır. Transfer üçün heç bir ödəniş nəzərdə tutulmur, yalnız gələcəkdə oyunçunun satışı zamanı müəyyən məbləğ ödəniləcək.
Qaletti bildirir ki, bu addım bazar məntiqini sarsıda və futbolçuların maraqlarını təmsil edən praktikanı sual altına qoya bilər.
Bundan əvvəl “Mançester Siti” qapıçının keçidi üçün 15 milyon avro təklif etmişdi, lakin PSJ oyunçunu 25–30 milyon avro aralığında qiymətləndirir.
Donnarumma 2021-ci ilin yayında Paris klubuna qoşulub. Onun PSJ ilə müqaviləsi daha bir il qüvvədədir.
Aut.az
