“Fənərbağça”nın rəqibləri: “Aston Villa”, “Ferentsvaroş”…
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Aut.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça”nın da rəqibləri bəlli olub.
İstanbul təmsilçisi “Aston Villa” (evdə), “Dinamo Zaqreb” (səfərdə), “Ferentsvaroş”(evdə), “Viktoria Plzen” (səfədə), “Nitsa” (evdə), FCSB (səfərdə), “Ştutqart” (evdə), “Brann” (səfərdə) qarşılaşacaq.
Avropa Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 24-25-də keçiriləcək. Son turun görüşləri 2026-cı il yanvarın 29-da təşkil olunacaq.
Aut.az
