Avropa Liqası

Püşk atıldı: “Qarabağ” “Qalatasarayla”…

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Aut.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda III raundda Finlandiya təmsilçisi HİK-ə qalib gələrsə, növbəti mərhələdə “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.