Avropa Liqası

“Qarabağ”ın rəqiblərinin oyununda 4 qol – Video

Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

Aut.az xəbər verir ki, “Qarabağ”ın yer aldığı qrupun digər matçında “Bayer” doğma meydanda İsveç “Hekken”ini qəbul edib. Qarşılaşma Leverkuzen təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” bu gün Bakıda Norveç çempionu “Molde”ni 1:0 hesabı ilə məğlub edib.