Üçqat olimpiya çempionundan şiş götürüldü
Avstraliyalı kanoe slalom idmançısı Cessika Foks böyrəyindəki şişi çıxarmaq üçün əməliyyat olunub.
Aut.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
Foks yazıb: “Ötən həftə böyrəyimdəki şişi çıxarmaq üçün əməliyyat olundum. Çox yaxşı keçdi və yavaş-yavaş sağalıram”.
31 yaşlı idmançı 3 qat Olimpiya, 14 qat dünya çempionudur. 2024-cü ildə Foks Beynəlxalq Olimpiya Komitəsinin Atletlər Komissiyasına daxil olub.
Aut.az
