Kateqoriyasız

Bəlli oldu: Vardi bu kluba keçir

Məşhur ingilis hücumçu Ceymi Vardi karyerasını İtaliya çempionatında davam etdirəcək.

Aut.az xəbər verir ki, o, “Kremoneze”yə transferlə bağlı razılığa gəlib. Tərəflər cari mövsümün sonuna qədər müqavilə barədə razılaşmanın artıq yekun mərhələsindədir. Bu barədə nüfuzlu jurnalistlər Canluka Di Martsio və Nikolo Şira sosial şəbəkələrdə məlumat veriblər.

Daha əvvəl Vardi ilə “Napoli”nin də maraqlandığı bildirilirdi.

Vardi hazırda klubsuzdur və fərdi məşq edir. Ötən mövsüm Ceymi bütün turnirlərdə klubun heyətində 36 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az