Qvaridolayla Kloppu qabaqladı: O kimdir?
İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi bəlli olub.
Aut.az xəbər verir ki, bu ada “Tottenhem”in baş məşqçisi Angelos Postekoğlu layiq görülüb. Hotspur təmsilçisi avqustda keçirdiyi 3 oyuna 7 xal toplayıb. Postekoğlunun yetirmələri “Mançester Yunayted” və “Bornmut”u 2 cavabsız qolla yenibsə, “Brentford”la məhsuldar heç-heçəyə razılaşıb – 2:2.
O, Pep Qvardiola və Yürgen Klopp kimi rəqiblərini qabaqlaya bilib.
Qeyd edək ki, yunan əsilli avstraliyalı bu yay “Seltik”i “Tottenhem”ə dəyişib.
