Serbiyalı futbolçunun “Neftçi”yə yazığı gəldi
“Srvena Zvezda”nın futbolçusu Nemanya Milunoviç “Matç TV” turnirində “Neftçi”yə qarşı keçirdikləri görüşü şərh edib.
Aut.az xəbər verir ki, müdafiəçi 4:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
“4:0 gözəl nəticədir. Xüsusən də, möhtəşəm komandaların olduğu turnirdə. “Neftçi” ikinci hissədə mübarizə apardı, belə hesabla uduzmağa layiq deyildilər. Üstəlik, eşitdiyimə görə baş məşqçiləri də yoxdur. Bunlar hiss edilir”.
