Çempionlar Liqası

ÇL-in liqa mərhələsinin püşkatması: Nə vaxt başlayacaq?

Cümə axşamı, avqustun 28-də, Bakı vaxtı ilə saat 20:00-da UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün liqa mərhələsinin püşkatma mərasimi başlayacaq.

Aut.az xəbər verir ki, tədbir Monakoda baş tutacaq. Hazırda Çempionlar Liqasının qalibi Fransanın PSJ klubudur.

Sonuncu yarışın finalında Luis Enrikenin komandası “İnter”lə  qarşılaşıb. Paris klubu 5:0 hesablı qələbə qazanıb.

Aut.az