“Bayer Leverkuzen” ÇL-in beşqat qalibini transfer edir
“Real”ın sabiq müdafiəçisi Lukas Vaskes yaxın vaxtlarda “Bayer Leverkuzen”in heyətinə qoşulacaq.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, 34 yaşlı ispaniyalı futbolçu “asprinlər”lə müqavilə barədə razılıq əldə edib və azad agent kimi komandaya qatılacaq. O, artıq tibbi müayinədən keçib. Müqavilənin bu gün, avqustun 26-da imzalanması gözlənilir.
Lukas Vaskes karyerasının demək olar ki, böyük hissəsini “Real”da keçirib. O, həmçinin “kral klubunun” gənclər və yenclər komandalarında da çıxış edib. Bu yay futbolçu doğma klubunu tərk edib. Çünki tərəflər yeni müqavilə imzalamayıb. “Real”ın heyətində 402 oyun keçirən Vaskes 38 qola və 73 məhsuldar ötürməyə imza atıb. Bir sıra oyunlarda o, hətta komandanın kapitanı da olub. İspaniyalı futbolçu “Real”la birlikdə 21 titul qazanıb. 5 dəfə komandası ilə Çempionlar Liqasının qalibi olub.
