İspaniya

“Barselona” əfsanəsinə hədiyyə göndərdi – FOTO

“Barselona” “İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Busketsə narıncı rəngli xüsusi formanı hədiyyə edib.

Aut.az xəbər verir ki, klub sabiq futbolçusunun ailə üzvlərini də unutmayıb. Buskets hədiyyəni sosial şəbəkələrdə nümayiş etdirib. Kataloniya klubu vurğulayıb ki, həqiqi əfsanələr unudulmur.

Hədiyyə onun klubdakı karyerasına görə təşəkkür rəmzi olub.

Qeyd edək ki, əfsanəvi futbolçu “Barselona” üçün 718 oyun keçirib və 31 titul qazanıb.

"Barselona" əfsanəsinə hədiyyə göndərdi - FOTO