Ançelotti “Real” tarixinin ən yaxşıları sırasına düşdü
Fevralın 10-da “Real” La Liqanın 24-cü turunun ev oyununda “Jirona”nı 4:0 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, Madrid klubunda aktivində 19 qələbə, 4 heç-heçə və 1 məğlubiyyət var (61 xal). Karlo Ançelottinin “Real” tarixin ən yaxşı üçüncü nəticəsinə imza atıb. Jurnalist Pedro Munyozun sözlərinə görə, “Qalaktikos” tarixində 24 turdan sonra bundan başqa cəmi iki dəfə yaxşı xal toplanıb.
2011/12 mövsümündə Joze Mourinyonun dövründə “Los Blankos” 21 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət (64), 1960/61 mövsümündə isə Migel Munyosun rəhbərliyi altında 21 qələbə, 2 heç-heçə və 2 heç-heçə 1 məğlubiyyət (65) qeydə alınıb.
