İspaniya

Vinisiusu təhqir edən azarkeşə həbs cəzası verildi

La Liqanın 2022/2023 mövsümünün 20-ci turunun matçında (1:0) “Real”ın cinah oyunçusu Vinisius Junioru irqi təhqir edən “Malyorka” azarkeşi bir il müddətinə şərti həbs cəzası, həmçinin İspaniyada üç il müddətinə stadionlarda futbol matçlarına getməmək cəzası alıb.

Aut.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Azarkeşin “Vilyarreal”ın keçmiş cinah oyunçusu Samuel Çukvezeyə qarşı da irqçi ifadələr işlətdiyi bildirilir.

Həbs cəzasının şərti olmasının təqsirləndirilən şəxsin braziliyalı futbolçuya ünvanladığı məktubda Vinisiusdan üzr istəməsi və eyni zamanda tövbə etməsi ilə əlaqədar olduğu vurğulanır.

Aut.az