İspaniya

Peresdən müəmmalı hərəkət: orta barmağını göstərdi – VİDEO

La Liqanın ikinci turunda “Real” Ovyedo səfərindən qələbə ilə qayıtdı – 3:0.

Aut.az xəbər verir ki, oyundan əvvəl İspaniya mətbuatı “Real”ın prezidenti Florentino Peresin “Ovyedo”nu necə xilas etməsinin hekayəsini xatırladıb.

2012-ci ildə “Ovyedo” çətin maliyyə dövrlərini yaşayırdı. Daha sonra Peres kömək əlini uzadıb: birincisi, klublar yoldaşlıq görüşü keçirib bütün gəliri rəqibə verilib, ikincisi, Florentino 100 min avroya səhmlər alıb, sonra isə şəhər bələdiyyəsinə təmənnasız bağışlayıb.

Həmin ilin noyabrına qədər tələb olunan məbləğ yığılmışdı – bütövlükdə 2 milyon avro. Daha sonra meksikalı milyarder Karlos Slim 2,5 milyon avro verib.

Slimlə biznes əlaqələri olan və “Ovyedo”nun səhmlərinə sahib olan meksikalı iş adamı Arturo Elias Ayoub “Real”la matçda Florentino Peresin yanında olub. O, Madrid prezidenti ilə şəkil çəkdirmək istəyib və “yox” cavabı almayıb. Həmin an kameraya düşüb.

Florentino Peres “Ovyedo” ilə oyundan sonra yaxşı əhval-ruhiyyədə olub. Yerli pərəstişkarlar onu qarşılayanda o, maşınının pəncərəsini açaraq baş barmağını yuxarı qaldırsa da, sonda onu orta barmağa dəyişib.

Aut.az

Peresdən müəmmalı hərəkət: orta barmağını göstərdi – VİDEO