İngiltərə

Köhnə hamam, köhnə tasdır: Əfsanə nikbin deyil

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill yeni mövsümün startı haqda danışıb.

Aut.az xəbər verir ki, Nevillin sözlərini “Sky Sports”  sitat gətirib.

“Mənim nikbinliyim azaldı, çünki komandanın köhnə problemləri yenidən özünü göstərir.

Fikrimcə, qapıçı standart vəziyyətlərdə, xüsusən də künc zərbələrindən sonra çox etibarsız hərəkət edir. Bu davam etməməlidir – bu, yalnız əsəbiliyi artırır.

Mən də düşünürəm ki, klub meydançanın mərkəzindəki vəziyyəti nizamlamalıdır. İnanmaq istərdim ki, Kobbi Maynu yaxşılaşa bilər, lakin Ruben Amorimin hazırda ona arxalanmadığı aydındır”, – Nevill deyib.

“Mançester Yunayted”in iki oyundan bir xalı var və 16-cı yerdədir.

Aut.az