Danışıqlar başladı: Antoni ora qayıdacaq?
“Betis” klubu yarımmüdafiəçi Antoni ilə bağlı “Mançester Yunayted”lə aktiv danışıqlarını davam etdirir.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Hazırda danışıqlar transfer məbləğinin ödənilməsi şərtləri və strukturu üzərində gedir. Öz növbəsində, 25 yaşlı braziliyalı futbolçu da Betisə qayıtmaq istəyir, çünki ötən mövsümün ikinci yarısında burada karyerasını canlandırmağı bacarıb.
Ötən mövsüm Antoni “ağ-yaşıllar”ın heyətində bütün turnirlərdə 26 matçda iştirak edib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aut.az
