Basketbol

42 milyon ziyanla bitənlə iş: O, günahsız idi?

Azad agent Malik Bizli artıq NBA matçlarına qumar oyunları ilə bağlı federal istintaq hədəfi deyil.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İyunun sonunda 28 yaşlı basketbolçunun Nyu-Yorkun Şərqi dairəsində federal istintaqa cəlb olunduğu bildirilmişdi. Ona öz iştirakı ilə keçən matçlara mərc etməsi şübhəsi irəli sürülmüşdü.

Lakin Bizlinin nümayəndələri qeyd ediblər ki, Şərqi dairə ilə aparılan danışıqlar nəticəsində Bizli artıq istintaqın hədəfi hesab olunmur. Bu xəbər sayəsində o, azad agent bazarına çıxaraq yeni klub tapa bilər.

Qeyd edək ki, istintaq başlamazdan əvvəl Bizli Detroit Pistons ilə üç illik müqavilə üzrə razılığa gəlmişdi və bu müqavilə ona 42 milyon dollar qazandırmalı idi. Lakin istintaq səbəbindən bu məbləği ala bilmədi.