Basketbol

Yeni müqavilə ona Cordanın bütün karyerasından çox pul qazanadıracaq

Ötən gün nüfuzlu insayderlər Şams Çarania və Adrian Voynarovski “Los-Anceles Leykers”in lideri LeBron Ceyms ilə gələcək karyerası ilə bağlı qərar verdiyini bildiriblər.

Aut.az xəbər verir ki, onların sözlərinə görə, Ceyms Los-Anceles klubu ilə 2 il müddətinə yeni müqavilə imzalamağa razılaşıb. Bu anlaşmaya əsasən o, 104 milyon dollar qazanacaq.

Maraqlıdır ki, bu, əfsanəvi oyunçu Maykl Cordanın bütün karyerasındakı qazancındançoxdur. NBA-da olduğu müddətdə Cordan klublarla müqavilələrdən 93.877.500 dollar qazanıb.

Ceymsin yeni müqavilə nəzərə alınmaqla MBA karyerası boyunca qazancı 583,466,457 dollar təşkil edəcək.

Aut.az