MY onu “Bavariya”ya təklif etdi
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund Münhen “Bavariya”sına icarəyə təklif olunub.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Floryan Plettenberq məlumat yayıb.
Məlumata görə, “pivəçilər” hələlik 22 yaşlı danimarkalı futbolçuya maraq göstərmir və digər variantları nəzərdən keçirir. Hazırda Hoylundun icarə ilə keçidi üzərində İtaliyanın “Napoli” klubu işləyir. Futbolçunun ətrafındakılar hesab edir ki, onun gələcəyi bir neçə gün ərzində müəyyənləşəcək.
Rasmus Hoylund “Mançester Yunayted”də 2023-cü ilin avqustundan çıxış edir. İngiltərə klubu onu “Atalanta”dan 77,8 milyon avro qarşılığında alıb. Danimarkalının müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” onun transfer dəyərini 35 milyon avro qiymətləndirir.
Keçən mövsümdə Hoylund bütün turnirlər üzrə 52 matçda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
