İngiltərə

Ulduz futbolçu “Siti”dən ayrılır? – Təklifləri var

Almaniyalı yarımmüdafiəçi İlkay Gündoğan “Mançester Siti”dən ayrıla bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Mənbənin sözlərinə görə, 34 yaşlı futbolçu yaxın günlərdə komandasını dəyişə bilər. Onun müxtəlif klublardan bir neçə yüksək səviyyəli təklifi var.

Gündoğan ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 54 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” -saytı oyunçunun dəyərini 5 milyon avro olaraq qiymətləndirir.

Aut.az