İngiltərə

Əfsanə “Yunayted”i belə ələ saldı

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi və kapitanı Roy Kin İngiltərə kubokunun yarımfinalında “Koventri” ilə oyundan sonra Erik ten Haqın komandasını tənqid edib.

Aut.az xəbər verir ki, Kin “Yunayted”i ələ salan fikir işlədib:

“Koventri Siti” Premyer Liqa komandası, “Mançester Yunayted” isə Championşip komandası kimi görünürdü”.

“Koventri” – “Mançester Yunayted” oyunu 3:3 hesabı ilə başa çatıb, penalti seriyasında “qırmızı şeytanlar” qalib gəliblər.

İngiltərə kubokunun finalında “Mançester Yunayted” “Mançester Siti” ilə qarşılaşacaq.

Aut.az