“Siti” “Tottenhem”ə çağırış etdi: Danışıqlara tez başlayaq
“Tottenhem” “Mançester Siti”nin braziliyalı cinah oyunçusu Savinyonun transferində israrlıdır.
Aut.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
“Mahmızlar”ın baş məşqçisi Tomas Frank braziliyalının xidmətlərində maraqlıdır. Məlumata görə, “Siti” “Tottenhem”i mümkün qədər tez danışıqlara başlamağa çağırıb.
21 yaşlı Savinyo keçən mövsümdə 48 oyuna çıxaraq 3 qol vurub. “Transfermarkt” portalı cinah oyunçusunu 50 milyon avroya qiymətləndirir.
Aut.az
