TürkiyəDünya futbolu

PSJ-nin futbolçusu Türkiyə yolunda

PSJ-nin yarımmüdafiəçisi Renato Sançes “Trabzonspor”a keçməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.

28 yaşlı portuqaliyalı bu yay icarədə oynadığı “Benfika”dan Paris klubuna qayıdıb. O, ötən mövsüm bütün turnirlərdə 21 oyun keçirib. Lakin Sançes baş məşqçi Luis Enrikenin planlarına daxil deyil və klub transfer pəncərəsi bağlanmadan onunla yolları ayırmaq istəyir.

PSJ-bin futbolçu ilə bağlı iki təklifi var – Yunanıstanın “Panatinaikos”u və Türkiyənin “Trabzonspor”undan. Hazırda favorit “Trabzonspor” hesab olunur və oyunçunun icarəyə götürüləcəyi bildirilir.

Aut.az