Dünya futbolu

Avropa çempionu futbola qayıtdı: Qazaxıstan klubu ilə anlaşdı

Portuqaliya millisi ilə 2016-cı ilin Avropa çempionu olan Luiş Nani karyerasını Qazaxıstanın “Aktobe” klubunda davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə “AmanVIBE” teleqram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, sabiq “Mançester Yunayted” futbolçusu və Portuqaliya millisinin əfsanəsi “Aktobe” ilə müqavilə şərtlərini razılaşdırıb və yaxın vaxtlarda yeni komandasına qoşulacaq. Müqavilə bir il müddətinə nəzərdə tutulub. Portuqaliyalı futbolçu Qazaxıstan çempionatının tarixində ən yüksək maaş alan oyunçu olacaq.

Nani “Mançester Yunayted”in heyətində 2008-ci ildə Çempionlar Liqasını qazanıb və dörd dəfə İngiltərə çempionu olub.

Qeyd edək ki, Nani 2024-cü ilin dekabr ayında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.

Aut.az