Ulduz futbolçu narazıdır: PSJ-ni tərk edir
“Real”ın keçmiş futbolçusu Marko Asensio növbəti transfer pəncərəsində PSJ-ni tərk etməyə hazırdır.
Aut.az xəbər verir ki, ispaniaylı vinger meydanda daha çox vaxt keçirmək istədiyi üçün komandadakı oyun müddətindən narazıdır.
Dekabrda Asensio komandanın cəmi 11 dəqiqə çıxış edib.
Xatırladaq ki, Mark 2023-cü ilin yayında azad agent kimi Fransa klubuna keçib. Komandada olduğu müddətdə futbolçu 46 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə verib.
Aut.az
