Salah Premyer Liqa tarixinə bunu bacaran ilk futbolçu oldu
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.
Aut.az xəbər verir ki, bu nəticə ilə misirli oyunçu İngiltərə çempionatlarının tarixində bir mövsümdə beş fərdi Premyer Liqa mükafatı qazanan ilk futbolçu olub. Bu barədə “Squawka” məlumat yayıb.
Mənbəyə görə, 2024/2025 mövsümü ərzində Salah İngiltərə Premyer Liqasında “Qızıl Butsa”ya sahib olub, ən yaxşı pleymeyker mükafatını qazanıb, çempionatın ən yaxşı oyunçusu seçilib, İngiltərə Futbol Jurnalistləri Assosiasiyası (FWA) tərəfindən ilin futbolçusu adına layiq görülüb və həmçinin PFA-nın oyunçular tərəfindən ilin futbolçusu mükafatını qazanıb.
Əvvəlcə PFA 33 yaşlı hücumçunu keçən mövsümün rəmzi komandasına daxil etmişdi. 2024/2025 mövsümündə Salah Premyer Liqada 38 oyuna çıxaraq 29 qol vurub və 18 məhsuldar ötürmə edib.
Aut.az
