Kateqoriyasız

“Real” daha bir ulduz futbolçunu “Liverpul”dan oğurlayacaq?

Mərkəz müdafiəçisi İbrahima Konate yay transfer pəncərəsinin sonuna doğru “Real”a keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

“Kral klubu” fransız futbolçu üçün 20–25 milyon avrodan artıq ödəmək istəmir, çünki onun “Liverpul”la müqaviləsinin müddəti qısadır. Mersisayd təmsilçisi isə oyunçunu yalnız 50 milyon avroya buraxmağa hazırdır.

Xatırladaq ki, Konatenin “Liverpul”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Klub rəhbərliyi Trent Aleksander-Arnoldun azad agent kimi “Real”a keçidi ssenarisinin təkrarlanmasından ehtiyatlanır və “qırmızılar” istisna etmir ki, madridlilər fransız müdafiəçi üçün son günlərdə rəsmi təkliflə çıxış edə bilərlər.

26 yaşlı Konate 2021-ci ilin yayından “Liverpul”da çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 134 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt”ın məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 60 milyon avrodur.

Aut.az