“Beşiktaş”ın və MY-nin sabiq futbolçusu La Liqa klubunda
Keçmiş “Mançester Yunayted”in mərkəz müdafiəçisi Erik Beyli La Liqanın debütantı “Real Ovyedo”ya qoşulub.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə ikiillik müqavilə imzalanıb. Keçid azad agent kimi baş tutub. Onun son klubu Türkiyə təmsilçisi “Beşiktaş” olub.
Qeyd edək ki, “Ovyedo” 24 ildən sonra gözlənilmədən Sequnda pley-offunu qazanaraq La Liqaya qayıdıb. Komanda İspaniya çempionatının ilk turunda “Vilyarreal”a 0:2 hesabı ilə məğlub olub.
Aut.az
