Dünya futbolu

Mübahisə edən futbolçularla bağlı qərar verildi

“Marsel”in yarımmüdafiəçiləri Adrien Rabyo və Conatan Rou Fransa çempionatının ilk turunda “Renn”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra müvəqqəti olaraq komandadan kənarlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçuların paltardəyişmə otağında mübahisəsi baş verib və klub baş məşqçi Roberto De Dzerbi ilə birgə onları məşqlərdən uzaqlaşdırmaq qərarı verib.

“MarseI” avqustun 23-də Liqa 1-in 2-ci turunda PSJ-yə qarşı oynayacaq.