Sabiq hücumçu ağır xəstəliyin qurbanı oldu
Keçmiş hokkeyçi Mark Kirton dünyasını dəyişib.
Aut.az NHL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, “Toronto Maple Leafs”, “Detroit Red Wings” və “Vancouver Canucks”ın sabiq hücumçusu uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.
Kirtona 2018-ci ildə amiotrofik skleroz (BAS) diaqnozu qoyulmuşdu. Bu, sinir sistemini zədələyən, beyin və onurğa beyin neyronlarını sıradan çıxaran, əzələ iflici və atrofiyasına səbəb olan xəstəlikdir. Nəticədə o, tədricən əlil arabasından asılı vəziyyətə düşmüşdü. Belə diaqnoz qoyulan insanların orta ömür müddəti adətən 2–5 il olur.
Mark Kirton 1978-ci il NHL draflının üçüncü raundunda “Toronto” tərəfindən seçilmişdi. O, liqanın müntəzəm mövsümlərində 266 oyun keçirib və 113 (57 qol + 56 assist) xal toplayıb.
Aut.az
