“İnter” onu bu kluba satdı
“İnter” və Polşa millisinin cinah müdafiəçisi Nikola Zalyevski “Atalanta”ya keçməyə yaxındır.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Məlumata görə, transferin bütün detalları artıq razılaşdırılıb. “Atalanta” 23 yaşlı polşalı oyunçu üçün 17 milyon avro ödəyəcək. Zalyevski ötən mövsümün ikinci yarısını “İnter”də icarə əsasında keçirib. Yayda Milan klubu futbolçunun müqaviləsini 6,3 milyon avroya aktivləşdirib. Bundan əlavə, yanvarda icarə üçün 600 min avro ödənilmişdi.
“İnter”in heyətində Zalyevski 17 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Roma”nın yetirməsi olan futbolçu Polşa yığmasında 29 matçda 3 qol vurub.
Xatırladaq ki, yaxınlarda “İnter” “Atalanta”nın hücumçusu Ademola Lukmanı transfer etmək üçün bir neçə cəhd etsə də, bu baş tutmamışdı. Zalyevskinin keçidi isə nigeriyalı futbolçunun mümkün transferi ilə bağlı deyil.
