Futbolçu huşunu itirdi, A seriyasında oyun dayandırıldı – FOTO
A Seriyasının 14-cü turunun “Fiorentina”- “İnter”in qarşılaşması meydan sahiblərinin futbolçusu Edoardo Bovenin huşunu itirməsi səbəbindən dayandırılıb.
Aut.az xəbər verir ki, həmin hesab 0:0 olub. 16-cı dəqiqədə Edoardo Bove qazonda yıxılıb, bundan sonra hər iki komandanın həkim briqadaları meydana çıxıb və futbolçuya tibbi yardım göstərməyə başlayıblar.
Daha sonra Bove xərəkdə təcili yardım maşınına aparılıb və baş hakim futbolçuları paltardəyişmə otağına aparıb.

