FİFA KDÇ-nin formatını dəyişir: İki ildən bir keçiriləcək?
FİFA klublararası dünya çempionatının formatını dəyişməyi nəzərdən keçirir.
Aut.az “The Guardian”a istinadən xəbər verir ki, qurum turniri 2029-cu ildən başlayaraq iki ildən bir keçirməyi və iştirakçıların sayını 32-dən 48-ə artırmağı planlaşdırır. Bundan əlavə, bir ölkədən iki klubdan artıq komandanın yarışa buraxılması gözlənilir.
Beynəlxalq təqvimi yükləməmək üçün yoldaşlıq oyunlarının və yığmalar üçün nəzərdə tutulan iyul turnirlərinin ləğv olunması da gündəmdədir.
Xatırladaq ki, ABŞ-də keçirilən 2025-ci il klublararası dünya çempionatının finalında “Çelsi” PSJ-ni 3:0 hesabı ilə məğlub etmişdi.
Aut.az
